
- A-
- A
- A+
Cəmiyyət
16:14 / 09.07.2021
Prezident təqüdçüsü, 690 bal toplayan tələbə yol qəzasında öldü - FOTO
Hazırda oxunan: Prezident təqüdçüsü, 690 bal toplayan tələbə yol qəzasında öldü - FOTO
28009
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Bəhmən Musayev yol qəzasında ölüb.
Bizim.Media xəbər verir ki, bunu təhsil müəssisəsinin rektoru Elman Qasımov sosial şəbəkə hesabında qeyd edib.
Rektor qeyd edib ki, B.Musayevin 690 balla BANM-a qəbul olub:
“Dünən Ali Məktəbimizin informasiya təhlükəsizliyi ixtisasının 3 - cü kurs tələbəsi Bəhmən Musayev faciəvi ağır yol qəzası nətisəsində dünyasını dəyişdi. Bəhmən çox istedadlı, bilikli və bacarıqlı tələbələrimizdən biri idi. O, 690 bal toplayaraq Ali məktəbimizə qəbul olmuşdur.
Bu bütün BANM ailəsi üçün ağır itkidir. Mərhumun ailəsinə, yaxınlarına və BANM ailəsinə dərin hüznlə başsağlığı verirəm”.
Qeyd edək ki, B. Musayev Prezident təqüdçüsü idi.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































