Xaricdə ali təhsilə dair saxta tanınma şəhadətnamələri AŞKARLANDI

Xaricdə ali təhsilə dair saxta tanınma şəhadətnamələri AŞKARLANDI

Hazırda oxunan: Xaricdə ali təhsilə dair saxta tanınma şəhadətnamələri AŞKARLANDI

274244

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən aparılan araşdırmalar nəticəsində 2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayınadək xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması ilə bağlı saxtakarlıq halları müəyyən edilib.

Bu barədə Bizim.Media-ya Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan dövrdə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1-ci bəndinə uyğun olmadığı üçün tanınma barədə imtina qərarı verilmiş 12 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etdiyi aşkarlanıb. Faktlar üzrə sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim olunub.

Son beş ay ərzində bu qəbildən olan 9 yeni hal qeydə alınıb.
 

Agentlik xəbərdarlıq edir ki, bəzi şəxslər tərəfindən tanınma qərarlarının qeyri-rəsmi üsullarla dəyişdirilə biləcəyi barədə verilən vədlər həqiqətə uyğun deyil. Belə hallara yol verilməsi qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb ola bilər.


Bu səbəbdən, vətəndaşlara yalnız qanunvericilikdə müəyyən olunmuş rəsmi prosedurlar çərçivəsində hərəkət etmələri tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO