Ölkə başçısının bu gün fəxri ad verdiyi mədəniyyət xadimləri arasında şair Vaqif Bayatlı da var. V.Bayatlı “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.xa0
Səhhətiylə bağlı uzun zamandır ki, müalicə olunan şairin həyat yoldaşı Tamam Bayatlı Moderator.az-a açıqlamasında bildirib ki, Vaqif müəllimin hələ bundan xəbəri yoxdur:
“Bizə az öncə Anar müəllim və Rəşad Məcid zəng vurub məlumat verdi. Vaqif müəllimi təbrik etdilər. Biz də sevindik. Ölkə başçımıza buna görə minnətdarıq. Amma hələ Vaqif müəllimə bundan xəbərsizdir, indi deyəcəm”.xa0
Qeyd edək ki, bir müddət öncə Vaqif Bayatlı Azərbaycan Yazıçılar Birliyi tərəfindən İmadəddin Nəsimi adına şeir mükafatına da layiq görülüb.xa0
Vasif Əlihüseyn



































































































