Bu gün (dünən - red.)Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Qərərgah Rəidi General-Polkovnik Nəcməddin Sadıkovun doğum günüdür.
Onun barəsində cürbəcür şaiyələr olsa belə,mən onu döyüş zabiti kimi ,"армейский костяк" kimi tanıyıram.Çün yollarımız çox kəsişib onunla qanlı qadalı illərdə.Kimsənin fikrinə qoşulmaq istəmirəm-hər zaman gözlərimin fikri mənimçün ən qiymətli olubdur.
Kiçik uşaqlar kimi acıq çıxıb kənardan həzz almaq millətimizə xasdır. Bu gün onu "Rusun adamı" kimi damğalamaq, şəxsi fikrimə görə bütün Rus hərbi məktəbini görmüşlərə şamil olunası bir nəticədir. İçində mən qarışıq. Çünki İlkin hərbi məktəbi, ilkin hərbi geyimi də rus ordusunda aldıq. Lakin bu bizə heç də Vətən üçün hər şeyi atıb savaşa girməyə mane olmadı. Bir də damğa vurarkən fikirləşək ki, rusa hansı "agentlik " etmək olar? Məgər rus silahlarını almırıqmı? Məgər rus iqtisadiyyatından yararlanmırıqmı? Yəni bu qədər bəsit anlamlıyıq ki Baş Qərərgah Rəisi -izləmə peykləri olan,dünyada ilk sıralardan birini tutan kəşfiyyatlı və Azərbaycanın 4 bir tərəfində bazalanmış rusa hansısa bir məlumat ötürsün? Acınacaqlı olduğu kimi bəsit və populist bir düşüncə və bədbaxt bir anlamdır ki, Ordunun yaranmasında əziyyəti olan insanları belə yarlıqlarla damğalayaraq hansısa bir gündəm "şok" una imza ataraq "обывател"-lərin laqqırtısına gedirik. Zaman gələcək onun kimi biz də rus "agentləri" kimi yarlıqlanacaq və hansısa 2-3 günlük gündəm olacağıq. Gündəm səngiyəcək, biz unudulacağıq və Ordu tariximiz beləcə bərbad və "клеймо" -lu beyinlərə yazılacaq. Bu beyinlər isə artaraq bir zombi toplumuna dönəcək ki-onlar üçün heç bir dəyərlər ortada olmayacaq. Acınacaqlıdır-lakin bu vəbanı artıq ortaya atıblar. Və yoluxma davam edir. Qazanan isə məcazi mənada "dərman firmalarıdır".
Uzun yazmıram-lüzum da yoxdur. Çün bu karantinlər içində sadəcə qoruyucu maskamı üzümə endirərək deyirəm:
Doğum günün mübarək GENERAL " VƏ :
Честь Имею ! Ağır döyüşlər zamanı Sizinlə əməliyyatlarda iştirak etməyi şəxsimə Şərəf duyuram.
Abuzər Əbilov, Qarabağ Qazisi


































































































