Mikayıl Cabbarov qızıl medal qazanan güləşçiləri TƏBRİK ETDİ

Mikayıl Cabbarov qızıl medal qazanan güləşçiləri TƏBRİK ETDİ

Hazırda oxunan: Mikayıl Cabbarov qızıl medal qazanan güləşçiləri TƏBRİK ETDİ

272057

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında üç qızıl medal qazanan yunan-Roma güləşçilərini təbrik edib.

 

Sfera.az xəbər verir ki,  o, “X” hesabında millinin titulunu qoruduğunu yazıb.

 

"Albaniyanınnın paytaxtı Tiranada keçirilən dünya çempionatında güləşçilərimiz 3 qızıl medal qazandılar. Eldəniz Əzizli tarixi uğura imza ataraq, Azərbaycan güləşinin ilk 4 qat dünya çempionu oldu. Nihat Məmmədli və Ülvü Qənizadə isə karyeralarında ilk dəfə dünya çempionatında qalib gəldilər. Yunan-Roma güləşi millimiz titulunu qorudu və ikinci dəfə komanda hesabında dünya çempionu oldu. Tarixi uğurlar münasibətilə güləşçilərimizi, onların valideynlərini və məşqçilərini təbrik edirik", - deyə paylaşımda bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO