Hər sənətkar yalnız yaratdıqları ilə deyil, həm də yaşadıqları ilə yadda qalır. Bəzilərinin həyatı isə təkcə yadda qalmaq üçün deyil, həm də iz qoymaq, düşündürmək və öyrətmək üçündür. Məhz belə sənətkarların ömür yolu kinoya çevrilməyə layiqdir.
Rejissor, ssenarist Əbdül Mahmudov saytımıza verdiyi açıqlamada bəzi sənətkarların həyatının filmə çəkilməsini təklif edib. Həmin sənətkarların içərisində Xalq artisti Alim Qasımovun da adı var.
Bəs Alim Qasımov özü bu barədə nə düşünür? O, həyatının filmə çəkilməsini istəyirmi?
Bizim.Media mövzuyla bağlı xanəndənin fikirlərini öyrənib.
“Həyatım dəhşətli film olar...”.
“Mənim həyatım 2 seriyalı, bədii, özü də necə dəhşət film olar. Hansı məqamların çəkiləcəyini isə rejissor tapılanda deyəcəyəm”, - deyə xalq artisti qeyd edib.
Yəni belə bir təklif olarsa, xalq artisti qəbul edər?
“Bəli, belə bir film təklifi olarsa, razılaşaram”, -deyə Alim Qasımov bildirib.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:40 / 24.09.2025
Alim Qasımov: “Həyatımdan dəhşətli film çəkilər” – ÖZƏL
Hazırda oxunan: Alim Qasımov: “Həyatımdan dəhşətli film çəkilər” – ÖZƏL
Hazırda oxunan: Alim Qasımov: “Həyatımdan dəhşətli film çəkilər” – ÖZƏL
272003
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.