“Bu, hazır bombadır, yaxın duran yoxdur...” - Video

“Bu, hazır bombadır, yaxın duran yoxdur...” - Video

Hazırda oxunan: “Bu, hazır bombadır, yaxın duran yoxdur...” - Video

271994

Bakıda bəzi binaların yalnız magistral yola, mərkəzə baxan hissəsi təmir olunur, digər tərəfinə isə toxunulmur. Bu kimi hal Yasamal rayonu ərazisindəki İnşaatçılar və Mətbuat prospektlərində də qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı AzTV süjet hazırlayıb.

Bildirilib ki, bu binalar uzaqdan təmirli görünsə də, arxa tərəfindəki həyət diqqətdən kənarda qalıb. Bəzən yoldan keçənlər isə bu təhlükənin fərqində belə olmur.

Sakinlər bildirib ki, hərdən bu binaların təmir olunmayan hissələrindən daşlar tökülür: “Hər gün buradan çıxıb uşağı məktəbə aparıram. Binadan qorxa-qorxa çıxırıq ki, başımıza daş düşməsin”.

Başqa bir sakinin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə müraciət olunub, lakin heç bir iş görülmür: “Başımızı aldadırlar. Bu, hazır bombadı da. Dəfələrlə burada maşınlar əzilib. Yaxın duran yoxdur”.

Ekspertlər bildirir ki, belə hallarda təmirlə yanaşı, qurumların nəzarəti də vacibdir: “Bu kimi halların qarşısını almaq üçün dövlət nəzarəti olmalıdır. Hər hansı bina yenilənirsə, onun dörd bir tərəfi yenilənməlidir”.

Daha ətraflı videomaterialda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO