Bakıda tanınmış həkim BIÇAQLANDI - Saxta əlillik sənədinə görə - FOTO

Bakıda tanınmış həkim BIÇAQLANDI - Saxta əlillik sənədinə görə - FOTO

Hazırda oxunan: Bakıda tanınmış həkim BIÇAQLANDI - Saxta əlillik sənədinə görə - FOTO

27186

5 nömrəli Şəhər Klinik Xəstəxanasının həkim - qastroenteroloqu Zöhrab Şamxalov bıçaqlanıb. 

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə bu barədə məlumat yayılıb. İş yoldaşlarının dediyinə görə həkim pasiyentinin oğlu tərəfindən bıçaqlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Əlilliyi saxta çıxan "qazi" qadın həkimi döydü - ANBAAN VİDEO


Pasiyent atasına əlillik arayışı almaq istəyib. Həkim Zöhrab Şamxalov isə saxta sənəddən imtina edib. Bundan hiddətlənən xəstə həkimə 4 bıçaq zərbəsi vurub.  

Xəstəxananın məlumatı gizlətdiyi qeyd olunur. Hazırda komada olan həkimin vəziyyətinin ağır olduğu bildirilir. Həkimin daun sindromlu övladı var.  

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə yaratsaq da, məlumat ala bilmədik. 5 nömrəli xəstəxanadan isə zənglərimizə cavab verən olmayıb.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO