Armen Qriqoryandan Andranik Simonyanın Bakıya səfərinə REAKSİYA

Armen Qriqoryandan Andranik Simonyanın Bakıya səfərinə REAKSİYA

Hazırda oxunan: Armen Qriqoryandan Andranik Simonyanın Bakıya səfərinə REAKSİYA

271784

Xəbər verdiyimiz kimi, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabr ayının 21-də Bakıya gəlib. Onlar bu gün III Təhlükəsizlik Forumunda iştirak edirlər.

Bizim.Media xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MTX direktoru Andranik Simonyanın Bakıya səfərinin nəticələrini şərh etməkdən imtina edib.

“Zərurət yaranarsa, MTX bütün məlumatı təqdim edəcək,” – deyə Qriqoryan NATO PA-nın İrəvanda keçirilən 108-ci Rouz-Rot seminarının kuluarlarında jurnalistlərə bildirib.

Bundan əlavə, Qriqoryan jurnalistlərin “Sizin Azərbaycana səfəriniz planlaşdırılıbmı?” sualına “Belə müzakirələr aparılmır” cavabını verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO