“Bu sənətkarların həyatı ilə bağlı film çəkilə bilər” – ADLAR

“Bu sənətkarların həyatı ilə bağlı film çəkilə bilər” – ADLAR

Hazırda oxunan: “Bu sənətkarların həyatı ilə bağlı film çəkilə bilər” – ADLAR

271487

Türkiyədə Bergen, Müslüm Gürses, Murat Göğebakan kimi sənətkarların həyatları, uğur hekayələri filmə çəkilib. Belə bioqrafik film nümunələrinə Azərbaycan kinosunda da rast gəlinir.

Məsələn, dahi bəstəkar Müslüm Maqomayevin həyatından bəhs edən “Oxuyur Müslüm Maqomayev” filmi var.  Ancaq çoxdandır belə, hazırda yaşayan və yaxud yaxın keçmişdə vəfat edən sənətkarların həyatından film çəkilmir.

Bəs hansı sənətkarımızın həyatı ilə bağlı film çəkilə bilər?

Bizim.Media mövzuyla əlaqədar kinorejissor, ssenarist, aktyor Əbdül Mahmudovun fikirlərini öyrənib. Qeyd edək ki, o həm də “Oxuyur Müslüm Maqomayev” filminin 2-ci rejissoru olub.

Rejissor açıqlamasında ilk olaraq, mərhum aktyor Ənvər Həsənovun həyatının film ola biləcəyindən bəsh edib.

“Flora Kərimova, Alim Qasımov, Zeynəb Xanlarova...”.

“Bu gün Azərbaycanda həyatı filmə çəkiləsi çoxlu yazıçımız, şairimiz, sənətkarımız, dövlət və elm xadimləri var. Ancaq onları yada salan var? Onlarla sənətkar Azərbaycan musiqi mədəniyyətində böyük mərhələdir. Flora Kərimova, Sara Qədimova, Şövkət Ələkbərova, Cabbar Qaryağdıoğlu, Hacıbaba Hüseynov, Zülfü Adıgözəlov,  Zeynəb Xanlarova, Elmira Rəhimova, Alim Qasımov olmasa, Azərbaycan musiqisi nə halda olardı? Əgər onlar dünyada Azərbaycan xalqını uğurla təmsil ediblərsə, onların həyatı niyə film olmasın?”.

Əbdül Mahmudov Müslüm Maqomayevlə bağlı çəkilən film haqqında xatirələrini bölüşüb.

“Müslüm Maqomayevin filmini çəkdiyimiz zaman bütün SSRİ ayağa qalxdı, hər kəs yalvarırdı ki, bir epizod belə olsa, Ukraynada, Rusiyada, Orta Asiyada çəkək. İmkan daxilində bir neçə ölkədə çəkiliş etdik. O film bir klassikdir. Mən xoşbəxtəm ki, o filmin çəkilməsində xüsusi yerim və zəhmətim var. Davamı niyə gəlmədi? Çünki şou biznes yarandı. Hər şey yaltaqlıq, pul oldu”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO