Azərbaycanın və Malayziyanın qanunvericilik orqanlarının əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

Azərbaycanın və Malayziyanın qanunvericilik orqanlarının əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycanın və Malayziyanın qanunvericilik orqanlarının əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

271412

Sentyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Malayziya Parlamenti Nümayəndələr Palatasının sədri Tan Sri Dato Johari Bin Abdul ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Nümayəndələr Palatasının sədri Azərbaycan parlament nümayəndə heyətinin AİPA-nın 46-cı Baş Assambleyasında iştirakına görə təşəkkürünü bildirib. O, bu cür parlamentlərarası platformaların ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün gözəl fürsət olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı parlamentlərimizin beynəlxalq təşkilatlarda əməkdaşlığından məmnunluq ifadə olunub, xüsusilə də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində birgə fəaliyyət üçün geniş imkanların olduğu qeyd edilib.

Azərbaycan və Malayziyanın qanunvericilik orqanlarının parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlığından danışan Sahibə Qafarova, bu baxımdan AİPA-nın 46-cı Baş Assambleyasının əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan və Malayziya parlamentləri arasında əməkdaşlığın perspektivlərindən danışılıb, bu cür görüşlərin və aparılan danışıqların parlamentlərimiz arasında uğurlu əlaqələri təsdiq etdiyi qeyd olunub.

Söhbət zamanı Milli Məclisin sədri Cənubi Qafqaz regionunda gedən proseslər, Azərbaycan torpaqlarının işğaldan azad olunması, hökumətimiz tərəfindən Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri haqda məlumat verib.

Sahibə Qafarova, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Vaşinqtona son işgüzar səfəri kontekstində Azərbaycan-Ermənistan sülh prosesi haqda fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO