Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə ölkənin fərqli regionlarında kibertəhlükəsizlik üzrə maarifləndirmə və kadr hazırlığı istiqamətində fəaliyyət genişləndirilməkdədir.
Bizim.Media xəbər verir ki, ilk təşəbbüsə 16 sentyabr tarixində Saatlı rayonunda start verilib.
Mərkəzi Aran regionunda həyata keçirələcək layihənin təqdimatı zamanı gənclərin, təhsil işçilərinin, dövlət və özəl qurumların əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə AKTA tərəfindən proqramlaşdırma, şəbəkə texnologiyaları və təhlükəsizliyi, həmçinin kibergigiyena tələblərinə xüsusi diqqət çəkilərək, kibertəhlükəsizlik üzrə mütəxəssis hazırlığı barədə ətraflı məlumat verilib.
Tədbirdə AKTA-nın icraçı direktoru Rauf Cabarov, AKTA eksperti Rəşad Əliyev, AKTA üzvü olan Cybersign şirkətinin direktoru Elvin Axundov və AKTA kiber diaspora üzvü Elgün Bəxtiyaroğlu iştirak edib və fərqli mövzularda çıxışlar ediblər.
Tədbirdə Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verildiyi elan olunub. Saatlı Rayonunun İcra Hakimiyyətinin Başçısı Elmir Bağırov AKTA-nın bu təşəbbüsünü təqdirəlayiq hesab edərək, layihəyə dəstək veriləcəyini bildirib.
AKTA-nın regionlarda başladığı layihə çərçivəsində Mərkəzi Aran regionunda Saatlı və ətraf rayonların gəncləri proqramlaşdırma, şəbəkə texnologiyaları və kibertəhlükəsizlik sahəsində CISCO Şəbəkə Akademiyası (“CISCO Network Academy”) beynəlxalq təlim platformasının təqdim etdiyi müasir tədris proqramları ilə təmin ediləcəklər.
Təlimlər AKTA-nın peşəkar və beynəlxalq təlimçi statuslu ekspertləri tərəfindən təşkil olunacaq.
Təlimlərdə beynəlxalq CISCO Şəbəkə Akademiyasının resurslarından limitsiz istifadə ediləcək. Təlimlərin sonunda iştirakçılara AKTA və CISCO Şəbəkə Akademiyasının sertifikatları təqdim ediləcək. Xüsusilə qeyd edilməlidir ki, AKTA və CISCO Şəbəkə Akademiyası arasında mövcud razılaşmaya əsasən bu təlimləri bitirən mütəxəssislərin beynəlxalq sertifikat imtahanına müraciəti zamanı tələb olunan ödənişə 60% endirim tətbiq ediləcək.
Layihə çərçivəsində kiber maarifləndirmə tədbirləri Saatlı rayon məktəblərində davam etdiriləcək.
Burada şagirdlərə və müəllimlərə kibergigiyena haqqında zəruri məlumatlar veriləcəkdir. Qeyd olunmalıdır ki, bu təşəbbüs AKTA-nın regionlarda həyata keçirdiyi ilk pilot layihə olmaqla gələcəkdə digər rayonlarda davam etdiriləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:18 / 17.09.2025
Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verilir – FOTO
Hazırda oxunan: Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verilir – FOTO
Hazırda oxunan: Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verilir – FOTO
270957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.