Baş nazir Əli Əsədov Bakı şəhərinin yenidənqurulması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb.
Bakı şəhərinin yenidənqurulması ilə bağlı imzalanan sərəncam paytaxtda nəyi dəyişəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, Bakı təkcə ölkənin ən böyük yaşayış məntəqəsi deyil, həm də iqtisadiyyatın mərkəzi rolunu oynayır:
“Bir tərəfdən biznesin əhəmiyyətli hissəsi Bakıda cəmlənib, vergi daxilolmalarında paytaxtın payı 80 faizdən çoxdur. Əhalinin cəmləşməsi baxımından da Bakı ən böyük yaşayış məntəqəsidir. Bu kontekstdən təbii ki, bu sərəncam nəinki paytaxt, eyni zamanda Azərbaycan iqtisadiyyatı üçün vacib və əhəmiyyətli sənəddir”, - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, imzalanan sərəncam paytaxtın infrastrukturunun yaxşılaşdırılması ilə yanaşı, bütövlükdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına da müsbət təsir göstərəcək.
“Paytaxtda infrastrukturun və sosial-iqtisadi inkişafın dəstəklənməsi nəticə etibarilə bütövlükdə Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərəcək. Ona görə də bu qərar strateji əhəmiyyət daşıyır”, - deyə Vüqar Bayramov əlavə edib.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:40 / 17.09.2025
Bakıda yenidənqurma işlərinə BAŞLANILIR – Hansı dəyişikliklər OLACAQ?
Hazırda oxunan: Bakıda yenidənqurma işlərinə BAŞLANILIR – Hansı dəyişikliklər OLACAQ?
Hazırda oxunan: Bakıda yenidənqurma işlərinə BAŞLANILIR – Hansı dəyişikliklər OLACAQ?
270938
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.