Bakıda bəzi ərazilər yenidən QURULACAQ

Bakıda bəzi ərazilər yenidən QURULACAQ

Hazırda oxunan: Bakıda bəzi ərazilər yenidən QURULACAQ

270554

Bakıda Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı sərəncamda öz əksini tapıb.

Sərəncama əsasən,
 

Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb. Sözügedən işlərin həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək İşçi qrupuna həvalə edilib.


Məqsəd Bakı şəhərində dayanıqlı və inkluziv şəhər inkişafını təmin edən müasir şəhərsalma təşəbbüslərinə, o cümlədən çoxmərkəzli şəhər və şəhər içində şəhər konsepsiyalarına əsaslanan layihələrə (şəhərsalma investisiya layihələri) investisiyaların cəlb edilməsi, bu növ layihələrin həyata keçirilməsi niyyətini bildirmiş investorlara layihələrin reallaşdırılmasına aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən dəstək göstərilməsi və onun müvafiq institusional çərçivə vasitəsilə əlaqələndirilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO