Tovuzda maşınlar toqquşaraq körpüdən AŞDI

Tovuzda maşınlar toqquşaraq körpüdən AŞDI

Hazırda oxunan: Tovuzda maşınlar toqquşaraq körpüdən AŞDI

269780

Tovuzda xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Prius" markalı maşın "Opel"lə toqquşub və nəticədə avtomobillər körpüdən aşıblar.

Qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə avtomobillər taksi fəaliyyəti ilə məşğul olublarmış. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO