Universitetlərdə 1С mühasibatlıq proqramı tədris OLUNACAQ?

Universitetlərdə 1С mühasibatlıq proqramı tədris OLUNACAQ?

Hazırda oxunan: Universitetlərdə 1С mühasibatlıq proqramı tədris OLUNACAQ?

268740

Bu gün əksər universitetlər ancaq nəzəri biliklər öyrədir. Praktik biliklərin öyrənilməsi isə tələbənin öz üzərində qalır. Təsadüfi deyil ki, praktik təcrübəsi olmayan məzunlar bir qayda olaraq iş tapmaqda çətinlik çəkirlər.

Halbuki tələbələrin praktik biliklərə yiyələnməsi üçün kifayət qədər imkanlar var. Məsələn hər bir mühasibatlıq ixtisası üzrə təhsil alan tələbələr üçün 1С mühasibatlıq proqramı universitetlərdə tədris olunmur. Tələbə bunun üçün ayrıca pullu təlim keçməlidir. Nəzərə alaq ki, 1С mühasibatlıq proqramı mühasibatlıq sahəsini seçən hər bir məzun üçün olduqca vacibdir.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı-ekspert, UNEC-in müəllimi Eldəniz Əmirov deyir ki, 1C proqramı sadəcə dünyada olan minlərlə ixtisaslardan biri olaraq fəaliyyət göstərən bir innovativ alətdir:
 

“Ona görə də 1C proqramının tədris edilməsi gündəmə gələrsə, onda nəzərə almalıyıq ki, yüzminlərlə buna bənzər alətlər var. Bu səbəbdən 1C kimi hər hansı bir peşə yönümlü proqramın hər hansı bir uyğun ixtisas üzrə tədris olunması praktik olaraq mümükün deyil. Məsələn tibbdə yüzlərlə belə alətlər var. Hüquqda həmçinin...


1C mühasibat uçotu sahəsində çalışan mühasiblərin istifadə etdiyi bir alətdir. Adətən bu tip alətlər ayrıca tədris edilmir. Bu tip alətlər tədris zamanı tədris edilən fənnin daxilində bir mövzu olaraq qoyula bilir. Ya da bir mövzunun alt mövzusu kimi təqdim edilir. Yəni 1C-ni təhsil alanlar özləri öyrənməlidirlər. Onlar bununla bağlı da müvafiq sertifikat da alırlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO