2025-ci ilin ilk 7 ayı ərzində 41 nəfərə mühafizə orderi verilib.
Bu barədə Bizim.Media-nın sorğusuna Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə daxil olan müraciətlərə (2025-ci ilin 7 ayı ərzində) əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən verilən mühafizə orderlərinin sayı 41 olub.
Verilən mühafizə orderlərinin hər biri qısa müddətlik nəzərdə tutulub.
Qeyd edək ki, komitənin müraciəti əsasında verilən mühafizə orderlərinin sayı 2022-ci ildə 46, 2023-cü ildə 83, 2024-cü ildə isə 108 olub.
Naibə Məmmədova, Bizim.Media