Bakıda 26 minlik DƏLƏDUZLUQ - 3 qadın SAXLANILDI

Bakıda 26 minlik DƏLƏDUZLUQ - 3 qadın SAXLANILDI

Hazırda oxunan: Bakıda 26 minlik DƏLƏDUZLUQ - 3 qadın SAXLANILDI

268521

Paytaxtın Nəsimi rayonunda iki nəfərə qarşı dələduzluq edilib. Nəticədə zərərçəkənlərə ümumilikdə 26 min 330 manat maddi ziyan vurulub.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayətlərini törətməkdə şübhəli bilinən 38 yaşlı Ü.Abdullayeva, tanışı və həmyaşıdı E.Abbasova, 30 yaşlı İ.Qasımzadə saxlanılıblar.

Nəsimi rayonunda keçirilən digər tədbirlər zamanı isə iki zərərçəkənə məxsus 680 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən 50 yaşlı E.Qurbanov və əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Tahirov da tutulublar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO