Əlində kofe fincanı ilə şəhəri gəzənlərin NƏZƏRİNƏ – Bu dəb başınıza bəla ola bilər

Əlində kofe fincanı ilə şəhəri gəzənlərin NƏZƏRİNƏ – Bu dəb başınıza bəla ola bilər

Hazırda oxunan: Əlində kofe fincanı ilə şəhəri gəzənlərin NƏZƏRİNƏ – Bu dəb başınıza bəla ola bilər

268314

XX əsr Sənaye İnqilabından sonra kofe səhər içkisi kimi yerini iş dünyasında daha da möhkəmləndirdi. Əsl kapitalist içkisi sayılan kofe günə işçinin məhsuldar başlaması üçün vacib idi. Kofenin uzun bir iş gününə başlamaq üçün lazım olan səhər enerjisini verdiyi düşünülür.

Amma tərkibi kofein və şəkərdən ibarət olan bu içki tam tərsi – insanın olan-qalan enerjisini də əlindən almaq üçün bir tələdir.

Kofenin səhərlər ziyanı barədə az sonra, amma hələlik son zamanlar yaranmış bu dəb – əlində karton və ya plastik qablaşdırmada yol gedə-gedə kofe içən insanları hədəfə alaq. Üstəlik, onlar kofeni heç içmirlər, yarısı dağılır, yarısı soyuyur, bir qurtum alıb əldə sadəcə aksesuar kimi gəzdirirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Kofe içmək xərçəng yaradır?


Bu dəb bir növ iş dünyasına mesaj kimidir, ciddi iş adamı görüntüsü yaratmaq imici formalaşdırır.

Böyük şəhərlərin hər canlı küçəsində, ətrafına əhəmiyyət verməyən, harasa tələsik, əlində kofe fincanı tutan “ağ yaxalılar”ın düşüncəli simasını görmək olur. Bu, həm də urbanizasiya uğuru kimi də dəyərləndirilir.

Yuxarıda qeyd etdiyimiz kimi, kofenin insan orqanizminə zərərləri faydasından çoxdur. Günə kofe ilə başlayan insanlar bir müddət özlərini enerjili hiss etsələr də, daha sonra gün ərzində yorğun və diqqətsiz olurlar, habelə yuxu sistemləri pozulur. Xüsusən də səhərlər içilən kofedən qastrit, mədədə turşuluğun artması və orqanizmin kafeinlə zəhərlənməsi kimi hallar baş verə bilər.

Davamlı olaraq kofe içən insanlarda isə bağırsağın mikroflorası pozulur. Daha sonra ishal və qəbzlik bir-birini əvəz edir.  

Ekspertlər bildirirlər ki, kofeni gün ərzində 200 milliqramdan artıq qəbul etmək olmaz. Bu miqdar da tədricən olmalıdır. Kofe içmək üçün ən uyğun vaxt isə səhər yeməyi ilə günorta yeməyi arasındakı vaxtdır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO