Avqustda hava iqlim normasından 2.7 dərəcə yüksək olub – RƏSMİ

Avqustda hava iqlim normasından 2.7 dərəcə yüksək olub – RƏSMİ

Hazırda oxunan: Avqustda hava iqlim normasından 2.7 dərəcə yüksək olub – RƏSMİ

268293

2025-ci ilin avqust ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 28 gün normadan yuxarı (0.2-6.7 dərəcə), 3 gün isə normadan aşağı (0.5-0.9 dərəcə) olub.

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, avqust ayının orta aylıq temperaturu 28.4 dərəcə isti olub ki, bu da iqlim normasından 2.7 dərəcə yüksəkdir:

"Ötən ayda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 40 dərəcə, bölgələrdə isə 41 dərəcəyə qədər yüksəlib. Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında avqustun 23-də 19.9 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə avqustun 15-də 4.5 dərəcə isti (Şahdağ) qeydə alınıb".

Xidmət rəisi qeyd edib ki, avqust ayının bəzi günlərində dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub:
 

"Ümumi olaraq bölgələr üzrə 16 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı aylıq normanın 303 faizi olmaqla (Zaqatala 224 mm) Balakən-Şəki zonasına və aylıq normanın 210 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 12.8 mm) düşüb. Avqustun 7-də Şahdağa, avqustun 13-də isə Kəlbəcər rayonunun Boyaxlı, İstisu, Çıraxlı kəndlərinə dolu düşüb”.


Nazim Mahmudov onu qeyd edib ki, avqust ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq 5 sarı və 1 narıncı xəbərdarlıq verilib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, bölgələrdə isə 22 m/s-dək olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO