Məktəbli formalarının satıldığı ünvanlar AÇIQLANDI – FOTO

Məktəbli formalarının satıldığı ünvanlar AÇIQLANDI – FOTO

Hazırda oxunan: Məktəbli formalarının satıldığı ünvanlar AÇIQLANDI – FOTO

268259

Ümumi təhsil müəssisələrində tətbiq edilən vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması və valideynlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə ölkə üzrə satış məntəqələrinin ünvanları təqdim edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. 
 

Qeyd edilib ki, vətəndaşlar həmin məntəqələrdən, eləcə də Azərbaycanın şəhər və rayonlarında fəaliyyət göstərən istənilən satış məntəqələrinə müraciət edə bilərlər.


Bildirilib ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir.

Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib.

Valideynlər keçid vasitəsilə məktəbli formalarının satış məntəqələri barədə məlumat əldə edə bilərlər.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO