Tərtərdə biabırçılıq: Kişi evinə rus qadını gətirdi, keçmiş arvadını isə...

Tərtərdə biabırçılıq: Kişi evinə rus qadını gətirdi, keçmiş arvadını isə...

Hazırda oxunan: Tərtərdə biabırçılıq: Kişi evinə rus qadını gətirdi, keçmiş arvadını isə...

268102

Tərtərdə evinə başqa qadın gətirən kişi keçmiş arvadını döyüb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Tərtər rayonu Yuxarı Sarıcalı kəndi ərazisində baş verib.
 

Kənd sakini, 1954-cü il təvəllüdlü Bahad Məmmədov (soyadı şərtidir) uzun müddətdən sonra həyat yoldaşı Mirvari ilə boşanıb və kişi qadını evindən çıxarmaq istəyib. İş məhkəməyə düşüb və məhkəmə Mirvarinin evdə yaşamaq hüququnu tanıyıb. Bundan sonra onlar bir evdə ayrı yaşayıblar.


Məlumata görə, həyat yoldaşından ayrılan Bahad Məmmədov tez-tez evi təmizlətmək adı ilə mənzilinə başqa xanımlar gətirirmiş.

Bir müddət əvvəl Bahad Tərtər rayonunda yaşayan, Lyuda Oqorodkina adlı rusəsilli qadını evinə gətirib. Hadisədən xəbər tutan Mirvari evə daxil olarkən Lyudanı hamamda çimərkən yaxalayıb və qadınlar arasında dava düşüb. Ev sahibi Bahad Məmmədov qonağını müdafiə edərək Mirvarini döyüb.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

Tərtər Rayon Məhkəməsinin hökmü ilə Bahad Məmmədov 1000 manat cərimə edilib. Məhkəmə qərarı ilə razılaşmayan B.Məmmədov qərardan apellyasiya şikayəti verib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilib və B.Məmmədov məsuliyyətdən azad olunub. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO