Vəkili Rəqsanənin səhhətindən DANIŞDI

Vəkili Rəqsanənin səhhətindən DANIŞDI

Hazırda oxunan: Vəkili Rəqsanənin səhhətindən DANIŞDI

267492

Dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılmaq üçün məhkəməyə müraciət edəcək.

Bizim.Media xəbər verir ki, bu haqda Musavat.com-a müğənninin vəkili Hikmət Əliyev açıqlama verib.

O, onkoloji xəstəlikdən əziyyət çəkən müğənninin səhhətinin qənaətbəxş olduğunu bildirib:

“Ev dustaqlığına buraxılması üçün hələ müraciət etməmişik. Amma müraciət edəcəyik. Həbsdə xəstə olan bir xanım üçün yaxşıdır demək düzgün deyil. Səhhəti qənaətbəxşdir. İşin gedişatına uyğun mediaya açıqlama verəcəyik”.
 

Qeyd edək ki, Rəqsanə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu növ cinayətdə ən əsası zərərçəkmişə dəymiş ziyanın ödənilməsi yüngülləşdirici hal hesab edilir. Əks halda şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.


Bu gün isə müğənninin əri Fazil Əmiraslanovun ifadəsi alınıb.

Polisə çağırılan Fazil Əmiraslanov istintaqın suallarını cavablandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO