45 dəqiqə dərs, 30 şagird - Sıxlığa çözüm nədir?

45 dəqiqə dərs, 30 şagird - Sıxlığa çözüm nədir?

Hazırda oxunan: 45 dəqiqə dərs, 30 şagird - Sıxlığa çözüm nədir?

267328

Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən orta məktəblərdə bir sinifdə şagird sayı maksimium 30 olmalıdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmişdir ki, eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.

Yəni bir sinifdə 30 şagird ola bilər. Xüsusilə Bakı məktəblərində 30 şagirdi olan siniflər mövcuddur. Ancaq bu hal həm valideynlərin, həm də müəllimlərin narazılığına səbəb ola bilir. Çünki 45 dəqiqə ərzində 30 şagirdə dərsi izah etmək, onların bilik və bacarıqlarını yoxlamaq, suallarını cavablamaq o qədər də asan deyil.

Bəs çarə nədir? Ümumiyyətlə, bu hal neçə məktəbdə var?

Təhsil məsələləri üzrə ekspert Elçin Süleymanov Bizim.Media-ya açıqlamasında bildirib ki, ölkədəki 4500 məktəbdən təxmini 30 faizində bu problem var və daha çox mərkəzləşmiş ərazilərdədir:

“Şagird sıxlığının olduğu siniflərdə 30 şagirdə dərsi izah etmək isə artıq müəllimin pedaqoji fəaliyyətindən asılıdır.

Çözüm nədir?

"Bir sinifdə 30 şagirdin olduğu məktəblər optimallaşdırılmalıdır. Əsasən bu problem Bakıda yaşanır. Buna görə də Bakı Şəhər Təhsil İdarəsi optimallaşma, yeni siniflərin açılması ilə əlaqədar imkanları dəyərləndirilməlidir. Bununla bağlı müəyyən qabaqlayıcı tədbirlər alınır.

Həmçinin, bir ərazidə bir neçə məktəb varsa, onlar arasında bölünmələr ola bilər".

Ekspert düşünür ki, işğaldan azad olunmuş ərazilərdə məktəblərin açılması Bakıdakı şagird sıxlığına təsir göstərə bilər.

"Son illərdə işğaldan azad olunmuş ərazilərdə məktəblər açılır. Əhalinin bir hissəsi torpaqlarına qayıdır. Buna görə də məcburi köçkünlər üçün açılan məktəblər də var idi. O məktəblər, siniflər də  təmir olunub, yenidən açılsa yaxşı olar".

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO