“Sədərək”dəki yanğın məşhur mağazanın anbarına da keçib

“Sədərək”dəki yanğın məşhur mağazanın anbarına da keçib

Hazırda oxunan: “Sədərək”dəki yanğın məşhur mağazanın anbarına da keçib

266846

Xəbər verdiyimiz kimi bu gün “Sədərək” ticarət mərkəzində güclü yanğın baş verib.

Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, yanğının baş verdiyi anbar “Super Toys” mağazalar şəbəkəsinə məxsus olub.

Şirkətin həmin anbarı icarəyə götürdüyü deyilir. Yanğın zamanı anbarda olan malların böyük hissəsi yanıb.

Oyuncaq mağazası hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.

Qeyd edək ki, bu ticarət mərkəzində tez-tez yanğınlar olub. 2023-cü ilin yanvarında ticarət mərkəzində böyük yanğın olmuşdu. “Sədərək” ticarət mərkəzində 27 mağazanın qəsdən yandırılmasında şübhəli bilinən şəxs saxlanılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO