Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilib.
Qeyd olunub ki, hazırda müsabiqə nəticələrinin emalı davam edir və ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan – Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir.
Məlumata görə, proses müəyyən qədər vaxt tələb etdiyindən müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, 86 min 468 abituriyent bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrini təsdiqləyib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:13 / 21.08.2025
İxtisas seçiminin nəticələri bu tarixdə elan olunacaq – RƏSMİ
Hazırda oxunan: İxtisas seçiminin nəticələri bu tarixdə elan olunacaq – RƏSMİ
Hazırda oxunan: İxtisas seçiminin nəticələri bu tarixdə elan olunacaq – RƏSMİ
266319
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.