Bu gün mərhum xalq artisti, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri olan aktyor Lütfəli Abdullayevin dünyaya gəldiyi gündür. L.Abdullayev 1914-cü il martın 22-də Şəki şəhərində anadan olub.xa0
1973-cü il dekabrın 9-da qəfil dünyasını dəyişən L.Abdullayev haqda nasir Xeyrəddin Qoca Moderator.az-a maraqlı bir xatirəsini danışıb. X.Qoca bildirib ki, L.Abdullayev haqda məqalə qəzetdə dərc olunan gün o, dünyasını dəyişib:
“Lütfəli Abdullayev rəhmətə getməzdən 3 gün əvvəl Politexnik İnstitutunda professor-müəllim və tələbələrlə görüşə gəlmişdi. Orada dedi ki, “polad kimi canım var, xəstə filan deyiləm”. Həmin görüş haqqında yazdığım xəbər qəzetdə dərc olunan gün böyük aktyor vəfat etdi və onu dəfn etməyə aparanda tabutda ağ saçlarını son dəfə gördüm”.xa0
Bildirilir ki, onun sevdiyi xanımla ailə qurmasına qızın valideynləri yalnız 15 il sonra icazə verib. O, öləcəyini hiss edəndə isə bütün dostlarına zəng vurub vidalaşır. O, ömrünün 45 ilini sənətə həsr edib.xa0
Vasif Əlihüseyn
































































































