Mayis Bərxudarovun 2 qardaşı medalla təltif edildi – MÜHARİBƏYƏ KÖNÜLLÜ GEDİBLƏR 

Hazırda oxunan: Mayis Bərxudarovun 2 qardaşı medalla təltif edildi – MÜHARİBƏYƏ KÖNÜLLÜ GEDİBLƏR 

26111

Bu gün Prezident İlham Əliyev tərəfindən Vətən müharibəsindəki döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün mükafatlandırılanlar arasında general-mayor Mayis Bərxudarovun iki qardaşı da var. 

Bizim.Media xəbər verir ki, Bərxudarov Bayram Şükür oğlu və Bərxudarov Niyaməddin Şükür oğlu Ali Baş Komandanın sərəncamı ilə Füzulinin və Qubadlının azad olunmasına görə medalları ilə təltif ediliblər.  

Əsgər olan hər iki qardaş müharibəyə könüllü yollanıblar. 

Qeyd edək ki, Birlik komandiri Mayis Bərxudarov özü Vətən Müharibəsindən sonra 6 medal, 1 ordenlə təltif edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO