“Bakubus”lar bir-birinə çırpıldı - Yaralılar var - YENİLƏNİB - FOTO

Hazırda oxunan: “Bakubus”lar bir-birinə çırpıldı - Yaralılar var - YENİLƏNİB - FOTO

26081

Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, agentlik hadisəni dərhal nəzarətə götürüb və araşdırma aparır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət olan “BakuBus” MMC-dən izahat tələb olunub. Xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb.

Sərnişinlərdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

***

Bakının Səbail rayonunda yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  

Məlumata görə, "Bakubus" MMC-yə məxsus marşrut avtobuslar bir birinə çırpılıb. Nəticədə bir neçə nəfər xəsarət alıb. Avtobuslara isə ciddi ziyan dəyib.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO