Məhkəmədə uşaqların fikri belə öyrəniləcək - YENİ QAYDA

Hazırda oxunan: Məhkəmədə uşaqların fikri belə öyrəniləcək - YENİ QAYDA

26077

Məhkəmədə uşaqların fikrinin öyrənilməsi qaydası müəyyənləşir.

Bizim.Media-nın məlumatına görə, bu, Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən yeni maddədə yer alıb.

Belə ki, uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılacaq.

Zəruri halda həmin iclasda uşağın valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də iştirak edə bilər. Həmin şəxslər məhkəməyə sədrlik edənin icazəsi ilə uşağa suallar verə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO