Yazıçı Şərif Ağayar aprel döyüşlərində qəhrəmancasına şəhid olan “Murov qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucov haqqında “Komandir” adlı roman yazıb.xa0
Ş.Ağayar Moderator.az-a açıqlamasında bildirib ki, bu roman üslubuna görə, Qarabağ mövzusunda yazılan ilk əsərdir:
“İlkin olaraq onu deyə bilərəm ki, “Komandir” romanı avtobioqrafik detallar əsasında yazılmış bir əsərdir. Formasına görə, bizdə Qaradağ və şəhid mövzusunda yazılan elə bir roman yoxdur. Yeni bir üslubda qələmə alınıb, ancaq avtobioqrafik detallar üzərindədir, təxəyyül məhsulları çox azdır. Sadəcə R.Orucovun o məqamları bir az poetik və bədii dillə işlənib. Roman artıq çap üçün nəşriyyata təqdim edilib. Aprel ayına qədər çapdan çıxacaq ki, ildönümü ərəfəsində bir neçə təqdimatları keçirilsin”.xa0
Vasif Əlihüseyn






























































































