Ukraynalı uşaqlar Bakının tarixi yerləri ilə tanış olublar - FOTO

Ukraynalı uşaqlar Bakının tarixi yerləri ilə tanış olublar - FOTO

Hazırda oxunan: Ukraynalı uşaqlar Bakının tarixi yerləri ilə tanış olublar - FOTO

257166

Azərbaycana sosial-psixoloji reabilitasiya məqsədilə gətirilən ukraynalı uşaqlar Bakının tarixi məkanları - İçərişəhər və Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və dənizkənarı bulvarla tanış olublar.

 

Sfera.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, növbəti günlərdə uşaqların Atəşgah məbədi, Yanardağ abidəsi və bölgələrə səfərləri planlaşdırılıb. Eyni zamanda ukraynalı uşaqların Bakı və bölgələrdə (Qəbələ, Şəki) qrup terapiyaları, meditasiyaları və yoqa məşğələlərinə, psixo-sosial təlimlərə cəlb olunmaları, milli mətbəxlə tanış edilmələri də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO