
- A-
- A
- A+
Məşhur restoranda çıxan yanğın söndürüldü - YENİLƏNİB - FOTO
Fövqəladə Hallar Nazirliyi (FHN) Şabranda restoranda baş verən yanğınla bağlı məlumat açıqlayıb.
Bizim.Media-nın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 14:09-da FHN-in "112" qaynar telefon xəttinə Şabran rayonunda restoranda yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 14:14-də hadisə yerinə çataraq yanğınsöndürmə işlərinə başlayıblar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı qısa müddət ərzində alınaraq tam söndürülüb.
İlkin məlumata görə, restorana aid ərazidə ümumi sahəsi 330 m² tikilinin yanar konstruksiyaları və açıq ərazidə 0,2 ha sahədə quru ot yanıb.
Restoranın ərazisində olan digər tikililər (ümumi sahəsi 460 m²) yanğından mühafizə olunub.
***
Şabran rayonunda restoranda yanğın başlayıb.
Bizim.Media xəbər verir ki, Bakı-Quba yolunun kənarında yerləşən "Qala" restoranında başlayan yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































