Bu gün əməkdar artist Ağalar Bayramovun doğum günüdür. Ağalar Xanlar oğlu Bayramov 1954-cü il yanvarın 16-da Ucar rayonunun Boyat kəndində anadan olub.xa0
Altmış beş yaşı tamam olan əməkdar artist Moderator.az-a açıqlamasında öz xoş təəssüratlarını bölüşüb:
“Təbrikiniz üçün çox sağ olun, şad oldum. Mən sizin saytın daimi oxucusuyam. Bu gün altmış beş yaşım tamam olur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çox ürəklə, sevinclə üçüncü kurs solo-oxu fakültəsinin tələbələri ilə günümü keçirdim. Onlardan səhnə danışığı ilə bağlı imtahan götürdüm. İçlərində yaxşısı da, ortababı da var idi və belə gündə onların hamısını sevindirib yüksək qiymət yazdım.xa0
Ramiz Rövşən demişkən, “Mənim də bəxtimə bu vətən düşüb”. Ordan da gəlib 20 yanvarla bağlı 18 yanvarda keçiriləcək tədbirin məşqində iştirak edirəm. Bu günümlə fəxr edirəm. Ən böyük arzum odur ki, Allah məni Qarabağa həsrət öldürməsin. Qarşıdan 20 Yanvar faciəsi gəlir, qürur günümüzdür. Belə bir vaxtda yubileyimlə bağlı insanları başıma yığmağı özümə sığışdırmıram. Elə sevinirəm ki, doğum günümdə şəhidlərimizlə bağlı tədbirin məşqindəyəm. Yubileyimlə bağlı haqqımda qəzetlərdə yazılar çap olunub, onları oxuyuram”.xa0
Vasif Əlihüseyn
































































































