Qadın beyni böyükdür, yoxsa kişi beyni?

Qadın beyni böyükdür, yoxsa kişi beyni?

Hazırda oxunan: Qadın beyni böyükdür, yoxsa kişi beyni?

253705
Cəmiyyətimizdə tez-tez qadın və kişilərin mübahisəsinə rast gəlirik. Məsələnin aktuallığını nəzərə alaraq artıq bir neçə müddətdir ki, hər iki cinsin nümayəndəsi ilə bağlı araşdırma yazıları təqdim edirik. Düşünürük ki, bunun onların münasibətlərində müsbət rolu olacaq.xa0

Moderator.az bu dəfə qadın və kişi beyinlərinin həcmi ilə bağlı yazını təqdim edir:

Qadın və ya kişini ağıllı edən beyinlərinin böyüklüyü deyil, beynin içindəkilərdir. Beyni bir kitaba oxşatsaq, onun nə qədər yaxşı olduğunu həcminə yox, içindəkilərə görə müəyyən edərik. Aparılan elmi araşdırmaların da göstərdiyi kimi, beyninizin fiziki böyüklüyünün heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan beyninizin fəaliyyətidir. Fiziki baxımdan kişi beyni qadın beynindən on faiz daha böyük olsa da, bu, kişilərin ağıllı olduqları anlamına gəlməz.xa0

Qadın beyni ilə kişi beyni bəzi mövzularda bir-birinə üstün gəlsə də, heç biri qəti bir üstünlük qazana bilmir. İki beynin quruluşu arasındakı oxşarlıq fərqlilikdən daha çoxdur.xa0

Qadın beyni:

Sağ beyin funksiyalarına daxil olan işlərdə (xəyal qurmaq, yaradıcı olmaq, fantaziya və hislər) kişilərin beyni ilə müqayisədə daha avantajlıdır.xa0

Kişi beyni:

İstiqaməti müəyyən etmədə, riyazi məsələlərdə, konkret və mücərrəd anlayışlarla bağlı işlərin görülməsində qadın beyni ilə müqayisədə daha avantajlıdır.xa0

Böyük sevgilər ürəkdə yox, beyində başlayır. Doğru bildiyiniz yanlışlardan biri də sevginin qəlbdə başlamasıdır. Halbuki sevginin mənbəyi qəlb yox, beyindir. Sevgi beyin fəaliyyəti nəticəsində meyadana gələn bir hissdir. Hisslərimizin də mərkəzi qəlb yox, beyindir. Sevgi hissi beyin mərkəzində yaranır. Beynimizin əmri ilə yaranan kimyəvi reaksiyanın nəticəsini qəlbizimin ətrafında hiss etdiyimiz üçün, sevgimizin də qəlbimizdə olduğunu zənn edirik.xa0xa0

xa0
Mənbə: “Qadınlar nə istəyir, kişilər nə verir?” kitabı.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO