Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllim CƏZALANDIRILDI – RƏSMİ - VİDEO

Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllim CƏZALANDIRILDI – RƏSMİ - VİDEO

Hazırda oxunan: Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllim CƏZALANDIRILDI – RƏSMİ - VİDEO

253533

Tovuz rayonunda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Tovuzda valideynlər sıraya düzülüb, müəllimin barmağına üzük taxdılar – VİDEO



Bildirilib ki, sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümumtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılıb:

"Bu video mayın 24-də qeyri-iş günü məktəbdənkənar ərazidə çəkilib, valideynlərin şəxsi təşəbbüsü ilə alınmış zinət əşyası müəllimə təqdim edilib. Ancaq təhsilverənlərin etik davranış qaydalarına, eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim olunmuş müvafiq təlimatlara əsasən, müəllimlərə hər hansı qiymətli hədiyyə, maddi və ya qeyri-maddi nemətlərin və s. verilməsi yolverilməz hesab olunur".

İdarə valideynlərə bir daha müraciət edərək xatırladıb ki, müəllim əməyinə təşəkkür və dəyərin göstərilməsi mənəvi təşəkkür, əməkdaşlıq və hörmət çərçivəsində olmalıdır.

"Etik davranış qaydalarını pozduğuna görə müəllimə töhmət verilib".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO