Küçədə azərbaycanlı qadını öldürən şəxsə ömürlük HƏBS verildi

Küçədə azərbaycanlı qadını öldürən şəxsə ömürlük HƏBS verildi

Hazırda oxunan: Küçədə azərbaycanlı qadını öldürən şəxsə ömürlük HƏBS verildi

249824

Türkiyənin Sakarya vilayətində azərbaycanlı qadını qətlə yetirən şəxsə ömürlük həbs cəzası verilib.

Bizim.Media xəbər verir ki, hadisə 2024-cü il noyabrın 20-də səhər saatlarında Adapazarı rayonunun Bahçıvan küçəsində baş verib.
 

32 yaşlı Şəlalə Mirzəli sevgilisi A.A. tərəfindən küçənin ortasında odlu silahla vurularaq öldürülüb. Cinayət anı təhlükəsizlik kameralarına da düşüb.


A.A. hadisədən qısa müddət sonra saxlanılıb və həbs olunub. Sakarya 2-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə o, “qadına qarşı qəsdən adam öldürmə” ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.

Bundan əlavə, qanunsuz silah saxlama maddəsi üzrə ona 5 il həbs və 50 min lirə cərimə cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO