Baş nazir İqtisadi Şuranı TOPLADI - FOTO

Baş nazir İqtisadi Şuranı TOPLADI - FOTO

Hazırda oxunan: Baş nazir İqtisadi Şuranı TOPLADI - FOTO
243637
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aprelin 11-də İqtisadi Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-2029-cu illər üçün Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərc istiqamətləri, Ortamüddətli Büdcə Çərçivəsi (OMBÇ), büdcə siyasətinin əsas istiqamət və hədəfləri, ortamüddətli dövr üçün ilkin makroiqtisadi proqnozlar və makrofiskal çərçivə, 2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, büdcə dayanıqlığı və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan OMBÇ, 2026-cı il və sonrakı üç il üçün büdcə proqnozları barədə maliyyə naziri Sahil Babayevin geniş təqdimatı dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri tərəfindən çıxışlar edilib və müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla büdcə proqnozları barədə qərarlar qəbul olunub. Maliyyə nazirliyinə və digər aidiyyəti qurumlara növbəti ilin büdcə zərfinin hazırlığı ilə bağlı müvafiq tapşırıqlar verilib.

Baş nazir İqtisadi Şuranı TOPLADI - FOTO - foto 1
Baş nazir İqtisadi Şuranı TOPLADI - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO