Meriyanın “gül-çiçək” kampaniyası – Bakılılıar nə deyir?

Hazırda oxunan: Meriyanın “gül-çiçək” kampaniyası – Bakılılıar nə deyir?

24274

Bakıda bəzi binalarının eyvanlarına müxtəlif güllərlə bəzədilmiş dibçəklər yerləşdirilir. Bakı şəhər və rayonların icra hakimiyyətləri tərəfindən aparılan bu aksiya paytaxtın müxtəlif rayonlarında əsasən yol kənarında yerləşən binaları əhatə edir.

Gül dibçəkləri əhaliyə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və kommunal qurumlar tərəfindən paylanılır. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda yaşayış binalarının balkonları güllərlə bəzədilir - FOTO/VİDEO


İcra hakimiyyətləri sakinlərə müraciət edərək, bina və həyətlərin yaşıllaşdırılması və bəzədilməsi işlərində fəal olmağa çağırıb, həmçinin dibçəklərdəki güllərə quluq edilməsi tövsiyyə olunub.

Bununla bağlı mətbuat orqanlarında və sosial şəbəkələrdə yayılan xəbər əhali tərəfindən əsasən xoş qarşılanıb.

Payalaşımlarla bağlı rəylərdə aksiya təqdir olunub, gül-çiçəklərin şəhərin mərkəzi küçələrinə gözəllik qatdığı qeyd olunub. 

Vətəndaşlar həmçinin dünya ölkələrində oxşar təcrübələrin geniş yayıldığını, Bakıda da çoxdan edilməli olduğunu qeyd ediblər.

Lakin, aksiyanı qınayanlar da tapılıb. Mərkəzdə yerləşən gözəl binaların bəzədilməsinin asan olduğu, kənarlarda yerləşənlərin isə baxımsız qaldığı qeyd olunub.   

Eyvanların məhəcərlərinə bağlanan dibçəkləri binaların qarşıından keçənlər üçün təhlükə mənbəyi hesab edənlər də var.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin