Polis Saatlıda əməliyyat keçirdi - Saxlanılan var

Hazırda oxunan: Polis Saatlıda əməliyyat keçirdi - Saxlanılan var

24255

Saatlı rayon sakinində narkotik aşkarlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Nuriyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 3 qrama yaxın metamfetamin, 80 qram marixuana və şəhər ərazisində gizlətdiyi 4 kiloqrama yaxın marixuana götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO