ABŞ Dövlət katibinin köməkçisi İçərişəhərdə təndir çörəyi yedi - FOTO

Hazırda oxunan: ABŞ Dövlət katibinin köməkçisi İçərişəhərdə təndir çörəyi yedi - FOTO

24145

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi İçərişəhəri ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana gəldi


"Azərbaycanda yalnız bir neçə günlük səfərdə olmasına baxmayaraq, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin səlahiyyətlərini icra edən Filip Riker Bakının əzəmətli tarixi abidələrdən biri olan İçərişəhəri ziyarət etmək şansını əldən verməyib.

Öz işgüzar səfərinin sonunda səfir Riker Şirvanşahlar Sarayını və İçərişəhərinin digər tanınmış yerlərini ziyarət etdi. Bakının həqiqətən mədəniyyətlərin qovşağı olduğunu qeyd edən səfir Riker növbəti səfər zamanı Küləklər şəhərini kəşf etməsinə daha çox vaxt sərf edəcəyinə umid edir",- səfirlikdən bildirilib.

F.Riker İçərişəhərdə təndir çörəyinin də dadına baxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO