Sürücünün nəzərdə tutulmayan yerdə sərnişini endirməsi, eləcədə avtomobilin sürətli şəkildə idarə olunması sonda qəzaya səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkədə qeydə alınan yol qəzalarına təkcə sürücülərin yox, piyadaların da diqqətsizliyi səbəb olur:
"Bəzən yaxınlıqdakı keçidlərdən istifadə etməyən, işıqforu gözləməyən piyadalar avtomobillərin sürətlə hərəkət etdiyi yola çıxırlar. Bu diqqətsizlik ya onların ölümü, ya da bir neçə avtomobilin toqquşması ilə nəticələnir. Yolu keçməyin onlar üçün tam təhlükəsiz olacağına əmin olduqdan sonra hərəkətə keçməlidirlər.
Piyada hər zaman düşünməlidir ki, yaxınlaşan avtomobilin sahibi yol hərəkəti qaydalarına əməl etməyə bilər. Yəni piyada öz təhlükəsizliyini təmin etməlidir. Sutkanın qaranlıq vaxtında da piyada nəqliyyat vasitələrinin məsafəsini, sürətini qiymətləndirməlidir".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:05 / 21.03.2025
Qiqqətsizlik piyadanın ölümünə səbəb oldu - VİDEO
Hazırda oxunan: Qiqqətsizlik piyadanın ölümünə səbəb oldu - VİDEO
Hazırda oxunan: Qiqqətsizlik piyadanın ölümünə səbəb oldu - VİDEO
240451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.