İdxal kartofun gömrük rüsumu artdı, yerli kartof 
 BAHALAŞDI

İdxal kartofun gömrük rüsumu artdı, yerli kartof BAHALAŞDI

Hazırda oxunan: İdxal kartofun gömrük rüsumu artdı, yerli kartof BAHALAŞDI

239328

Sentyabrın 5-dən Nazirlər Kabinetinin qərarı ilə ölkəyə idxal edilən təzə kartofun tarif dərəcəsi iki dəfə artırılaraq 15%-dən 30%-ə çatdırılıb. Bu məhdudiyyət oktyabrın 31-ə qədər olan dövrü əhatə edir.xa0

xa0

Ekspertlər hesab edir ki, Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında qüvvəyə minmiş bu qərarın məqsədi daxili istehsalı qorumaq, ölkədə istehsal olunan məhsulun bazarlarda realizə olunmasına dəstək verməkdir.

xa0

İqtisadiyyat Nazirliyindən Moderator.az-a idxal kartofun gömrük rüsumlarının artırılmasının yerli kartofun qiymətlərinə təsir etməyəcəyi bildirilsə də, müşahidələr tam olaraq bunun əksini göstərir. Belə ki,xa0Modern.az-ın əməkdaşı paytaxt bazarlarında kartof qiymətlərinin bahalaşdığının şahidi olub.

“8 kilometr bazarı”nda çalışan Rasim Əliyev saytımıza bildirib ki, gömrük rüsumlarının artırılmasından sonra ölkəyə daha az kartof gətirilir:

“Bildiyiniz kimi, bu yay bazarlarda ən yaxşı kartof 50 qəpik oldu. Bu qiymət kəndliyə sərf etmir. Çünki yerlərdə kartofu 30 qəpikdən satırdılar. Ona görə də idxl kartofun ölkəyə gətirilməsi rüsumların artırılması ilə məhdudlaşdırıldı. Nəticədə yerli kartof bahalaşdı”.

Hazırda paytaxt bazarlarında kartofun 1 kiloqramı 80 qəpik, 90 qəpik, 1 manat arasında dəyişir. Topdansatış bazarında isə qiymətlər müvafiq olaraq, 60-80 qəpik arasındadır.

Hökumət tərəfindən həyata keçirilən bu proses effektiv nəticə verəcəyi halda, kartofun gömrük rüsumlarının hazırkı qiymətlərinin daha bir neçə ay yüksək saxlanacağı bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO