Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ: “Yaxın zamanda BAŞLANILACAQ”

Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ: “Yaxın zamanda BAŞLANILACAQ”

Hazırda oxunan: Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ: “Yaxın zamanda BAŞLANILACAQ”

239300

Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanına uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2021-ci ilin oktyabr ayından etibarən cari ilin mart ayınadək mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının sahibi olan 58.024 ailəyə dövlət vəsaiti hesabına çıxarış verilib, 384.760 dövlət aktı isə çıxarışla əvəz edilib.

Məqsəd əhalinin sosial rifahının yaxşılaşdırılmasına, kənd təsərrüfatının inkişafı və fermerlərin subsidiyalardan faydalanmasının təmin edilməsinə, həmçinin vətəndaşların əmlak hüquqlarından daha səmərəli istifadə etməsinə, xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan yaratmaqdır.
 

MÖVZU İLƏ BAĞLI:

Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR


Əmlak Məsələləri Dövlət Xidmətinin bu addımı nə qədər təqdirəlayiq olsa da, sənədsiz evlərlə bağlı problem hələ də problem olaraq qalmaqdadır.  

“Yaxın zamanda başlanılacaq...”

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Razi Nurullayev deyib ki, sənədsiz evlər məsələsini birdəfəlik həll etmək mümkündür:

“Hal-hazırda Azərbaycanda 550 mindən artıq sənədsiz ev var. Bu qədər evin 300-350 mininin bu və ya digər şəkildə ilkin sənədi var və onlara Dövlət Reyestrindən çıxarış alınması üçün elə bir səbəb yoxdur. Sadəcə, bu sahədəki təşəbbüslər dəstəklənməlidir. Bunun hesabına da sosial problemi həll etmək olar. Nəticədə, həm dövlət, həm vətəndaş, həm də cəmiyyətdəki digər iştirakçılar qazanar.

300 min evə sənəd verilərkən alınan dövlət rüsumu milyonlara bərabərdir. Burda bankların, sığortanın və digər bazar oyunçularının da qazancı böyükdür. Hesab edirəm ki, yaxın zamanlarda bu məsələyə başlanılacaq. Çünki, bu məsələ artıq ciddi problemə çevrilib və dövlətə əlavə yük yaradır. Ona görə də dövləti əlavə yükdən və vətəndaşları müəyyən qayğılardan azad etmək üçün Əmlak Məsələləri Dövlət Xidməti yuxarıda qeyd edilən layihə kimi bunu da icra edə bilər”.

“Onlara başqa ərazilərdə torpaq təklif edilsin”
 

Millət vəkili hesab edir ki, ilkin sənədi olmayan, kommunikasiya xətlərinin üstündə və elektrik xətlərinin altında tikilmiş evlərin də problemini həll etmək mümkündür:


“Bu gün ölkənin elektron xəritəsi var və bu xəritə hesabına bilmək olur ki, hansı ərazilərdə qanunsuz zəbtolmalar var. Qanunsuz şəkildə riskli ərazilərdə tikilən evlərə çıxarış verilməsə də onları müvəqqəti qeydiyyata almaq olar. Çünki belə evlərdə yaşayan insanlar 30-40 ildir ki, qeydiyyatsızdır. Bu da əlavə problem yaradır. Yaxşı olar ki, riskli zonalarda tikilən evlər dövlət tərəfindən satın alınsın və yaxud onlara başqa ərazilərdə torpaq təklif edilsin”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO