Qusarın Mucuqoba kəndində baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, 24 yaşlı Ali Şıxbabayev keçmiş qaynatası Rövşən Mustafayevi kənd məscidinin qarşısında bıçaqlayıb.
Verilən məlumata görə, hadisədən əvvəl Rövşən Mustafayev məscidin içərisində olan keçmiş kürəkəni Ali Şıxbabayevi çölə çağırtdırıb və ona xəsarət yetirib. Şıxbabayevin keçmiş qayınatasını bu olaydan sonra bıçaqladığı deyilir. Üstəlik, hadisəyə görə hər iki tərəf bir-birini günahlandırır.
Qeyd olunan məlumatların nə dərəcədə doğru olub-olmadığı Qusar rayon prokurorluğunda başlayan istintaq nəticəsində müəyyən ediləcək.
Onu da bildirək ki, bıçaqlanan Rövşən Mustafayev Sumqayıt şəhərində qeydiyyatda olsa da, Qusarın Şirvanlı kəndində yaşayır.
Xatırladaq ki, hadisə ötən gecə Qusarın Mucuqoba kəndində baş verib. Bakıda yaşayan Ali Şıxbabayev keçmiş qayınatası Rövşən Mustafayevi döş qəfəsindən bıçaqlayıb. Yaralının vəziyyəti hazırda orta-ağırdır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
14:59 / 13.03.2025
Keçmiş qayınatasını məscidin önündə bıçaqlayıbmış... - Qusardakı cinayətin TƏFƏRRÜATI – FOTO
Hazırda oxunan: Keçmiş qayınatasını məscidin önündə bıçaqlayıbmış... - Qusardakı cinayətin TƏFƏRRÜATI – FOTO
Hazırda oxunan: Keçmiş qayınatasını məscidin önündə bıçaqlayıbmış... - Qusardakı cinayətin TƏFƏRRÜATI – FOTO
239134
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.