Sosial şəbəkələrdə bir zamanlar “Space TV”də yayımlanan “Banu” verilişinin aparıcısı Günel Həsənzadənin ölüm xəbəri yayılıb.
Bizim.Media xəbər verir ki, "manset.az" hazırda Türkiyədə yaşayan Günel Həsənzadə ilə əlaqə saxlayıb.
"Narahat olmayın, hər şey yaxşıdır. Yayılan xəbər yalandır. Elə bir şey yoxdur. Ölən insanla yəgin mənim ad soyadım eynidir. Ölən hər kimdirsə, Allah rəhmət eləsin. Narahat olanlara da demək istəyirəm ki, Allah razı olsun məni unutmamısınız, axtarırsınız, narahatsınız. Allaha əmanət olun", - Günel bildirib.
Qeyd edək ki, Günel Həsənzadə ailə həyatı ilə əlaqədar 2023-cü ildən Türkiyəyə köçüb.
Bizim.Media