Məktəbdə yayılan həmin səs yazısı araşdırılır - VİDEO

Məktəbdə yayılan həmin səs yazısı araşdırılır - VİDEO

Hazırda oxunan: Məktəbdə yayılan həmin səs yazısı araşdırılır - VİDEO

238590

Mingəçevir şəhəri 18 nömrəli tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış səs yazısı ilə əlaqədar araşdırma aparılır. 

Bizim.Media xəbər verir ki, bu barədə trend.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsi məlumat verib. 

"Mingəçevir şəhəri 18 nömrəli tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış səs yazısı barədə məlumatlıyıq", - bildirilib. 

Qeyd edilib ki, aparılan ilkin araşdırmaya görə yayılan səs yazısı şagirdlərdən birinin valideyninə məxsusdur. 

"Hazırda məsələ Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək. 
 

Bildiririk ki, təhsil müəssisələrində hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və qanunvericiliyə uyğun müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək",- deyə məlumatda vurğulanıb. 



Xatırladaq ki, daha öncə sözügedən məktbin şagirdlərindən birinin valideyninin sosial şəbəkələrdə pul yığılması ilə bağlı səs yazısı yayılmışdı. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO