“Nəsillər boyu ailəm də kitabı təmsil edib...”  - Günel Rzayeva...

“Nəsillər boyu ailəm də kitabı təmsil edib...” - Günel Rzayeva...

Hazırda oxunan: “Nəsillər boyu ailəm də kitabı təmsil edib...” - Günel Rzayeva...

238405
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın qızı Günel Rzayeva bir neçə gün öncə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan və prezident İlham Əliyevlə 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın açılışını etdikləri Bakı Kitab Mərkəzinin direktoru təyin edilib.xa0

Bununla bağlı Moderator.az-a danışan G.Rzayeva bu sahədə özünü çox rahat hiss etdiyini bildirib:

“Təbrikiniz üçün çox sağ olun. Mənim üçün Azərbaycanda kitabı təmsil etmək qətiyyən çətin deyil, ona görə ki, nəsillər boyu ailəm də kitabı təmsil edib. Babam da, nənəm də, atam da ədəbiyyatla məşğul olublar və ona görə də özümü bu sferada çox rahat hiss edirəm”.

Xatırladaq ki, yazıçı, publisist və jurnalist, türkoloq Günel Rzayeva BDU-nin şərqşunaslıq fakültəsində ali təhsil alıb. O, bundan əvvəl “Pəncərə”, “Ölkəm”, “Azercell” juralının baş redaktoru vəzifələrində işləyib.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO