Bakıda sürücü yolu keçən piyadanı keçiddə vurdu - ANBAAN VİDEO

Bakıda sürücü yolu keçən piyadanı keçiddə vurdu - ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda sürücü yolu keçən piyadanı keçiddə vurdu - ANBAAN VİDEO

23818

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət edən avtomobilin sürücüsü yolu keçmək istəyən piyadanı vurub. 

Bizim.Media xəbər verir ki, videogörüntü sosial şəbəkədə yayılıb.

Belə ki, yolayrıcında sola dönən "Kia Cerato" markalı avtomobilin sürücüsü keçiddən keçən piyadanı görməyərək onu vurub. Avtomobilin sürəti az olduğu üçün qəza nəticəsində piyada yüngül xəsarət alıb.

Qeyd edək ki, bəzi hallarda yolu keçən piyada sola dönən sürücünün kor nöqtəsinə düşdüyü üçün bu kimi qəzalar baş verir.

Sürücülərə tövsiyə edirik ki, sağa, sola və geriyə dönən zaman sükan arxasında sinəni qabağa verməklə görünməyən zonanı müşahidə etsinlər. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO