Martın 8-də, saat 10:00-dan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb yolötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləridir. Məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur",- deyə məlumatda qeyd olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:37 / 06.03.2025
Şimal bölgəsinə getmək istəyənlərin NƏZƏRİNƏ – Martın 8-dən etibarən...
Hazırda oxunan: Şimal bölgəsinə getmək istəyənlərin NƏZƏRİNƏ – Martın 8-dən etibarən...
Hazırda oxunan: Şimal bölgəsinə getmək istəyənlərin NƏZƏRİNƏ – Martın 8-dən etibarən...
237970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.